Accessibility links

Bakıda Xəzərin hüquqi statusu üzrə işçi qrupun iclası olacaq


Xəzər hövzəsi
Xəzər hövzəsi

Martın 4-5-də Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkənin regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğu qeyd olunub, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi qeyd olunub.

İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur həmçinin Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə də görüşüb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm-mədəniyyət, nəqliyyat və enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG