Accessibility links

Bakıda Xəzərin hüquqi statusu ilə bağlı iclas keçirilir


Xəzər dənizi
Xəzər dənizi

Bakıda Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun 44-cü iclası başlayıb.

APA agentliyinin məlumatına görə, iclasa işçi qrupunun azərbaycanlı üzvü, xarici işlər nazirinin müavini Xələf Xələfov sədrlik edir. İclasda Xəzərin hüquqi statusu ilə bağlı Rusiya, Qazaxıstan, İran və Türkmənistandan olan işçi qrupu rəhbərləriə qatılıb.

Xələfov deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlara hörmət əsasında həll olunmalıdır: “Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tez bir zamanda imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına səbəb olacaq. Bakıda Xəzərin dəniz ətrafı mühitinin qorunması üzrə çərçivə konvensiyası tərəflərinin altıncı konfransının da keçirilməsi nəzərdə tutulub. Azərbaycan tərəfi Bakıda katibliyin yerləşdirilməsi ilə bağlı saziş layihəsini hazırlayıb və bunu Xəzəryanı ölkələrə təqdim edib", nazir müavini qeyd edib.

Qeyd edək ki, iclas aprelin 6-da davam edəcək.

Xatırladaq ki, Xəzərin hüququ statusu ilə bağlı danışıqlar 1990-cı illərin ortalarında başlanıb. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində beştərərli danışıqlar isə 2003-cü ildən başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG