Accessibility links

İran Hərbi Dəniz Qüvvələri Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçirir


İran hərbi gəmisi
İran hərbi gəmisi

Təlimləri İranın ali dini lideri Seyid Əli Xamneyi izləyib

İran Hərbi Dəniz Qüvvələri bu gün Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçir. Bu barədə Trend agentliyi məlumat verir.

Təlimlər Nouşəhr liman şəhərinin akvatoriyasında keçirilir. Təlimləri İranın ali dini lideri Seyid Əli Xamneyi izləyib.

Təlimlərdə digər tapşırıq ölkənin dəniz sərhədlərinin müdafiəsi üzrə fəaliyyətin işlənib hazırlanması və havadan zərbə ilə düşmənin üzən vasitələrinin məhv edilməsidir.

Bugünkü təlimlər Fars körfəzində minalardan təmizləmə üzrə beynəlxalq təlimlərdən sonra keçirilir. Beynəlxalq təlimlərdə ABŞ daxil olmaqla, 30 ölkə iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG