Accessibility links

Azərbaycan xarici vətəndaşları Dağlıq Qarabağda keçiriləcək konfransda iştirak etməməyə çağırır


Hikmət Hacıyev
Hikmət Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələri öz vətəndaşlarının sentyabrın 13-dən 15-dək Yerevan və Qarabağda keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirakına yol verməməyə çağırıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, “Tibdə reabilitasiyanın müasir aspektləri” adlı konfransa Rusiya, Çexiya, Tacikistan, Almaniya, Özbəkistan və Gürcüstandan mütəxəssislər dəvət olunub.

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

“Ermənistan bu konfransı işğal olunmuş Azərbaycan ərazilərində təşkil etməklə qanunsuz rejimi təbliğ etmək məqsədi daşıyan növbəti siyasi təxribatı planlaşdırır”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi xarici vətəndaşları işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə çağırır, bunun hüquqi məsuliyyət yaradacağını xatırladır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG