Accessibility links

Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri görüşəcək


Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri
Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Azərbaycan və İran xarici işlər nazirləri ilə görüşmək üçün Bakıya səfər edəcək. Bu barədə martın 31-də keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

“Regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparılması, xüsusən perspektivli nəqliyyat layihələrinin və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət mövzusunun müzakirə olunması planlaşdırılır”, o bildirib.

Xatırladaq ki, söhbət hər üç ölkənin ərazisindən keçən və şimal ölkələrini Orta Şərqlə birləşdirən “Şimal-Cənub” dəmir yolu dəhlizindən gedir.

Bu marşrutun işə salınması və cəzbedici olması üçün Moskva, Bakı və Tehran hüquqi, iqtisadi və strateji xarakterli məsələləri razılaşdırmalıdırlar.

Bir müddət əvvəl Moskva bununla bağlı Tehranla ikitərəfli məsləhətləşmələr aparıb.

Bakı da bu mövzunu İran tərəfi ilə müzakirə edib. Üçtərəfli formatda və bu səviyyədə məsələ müzakirə olunmayıb.

Hələlik Bakıda nazirlərin görüşünün yekunlarına görə hər-hansı sənədlərin imzalanmasının planlaşdırılıb-planlaşdırılmadığı məlum deyil.

XS
SM
MD
LG