Accessibility links

Çində içəridə insanlar olan xəstəxananın uçurulası etirazlara səbəb olub


Çin rəsmiləri xəstələr və həkimlər binada ola-ola xəstəxana binasının buldozerlə uçurulması iddiasına dair təhqiqatı davam etdirir.

Hadisə iki gün öncə Mərkəzi Henan vilayətində baş verib. İnsanlar buna etiraz edərək bildirir ki, necə ola bilər ki, içəridəki xəstəxana personalına xəbərdarlıq edilmədən bina uçurulsun. İnsident zamanı xəstəxananın 3 personalının müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Yerli qəzeti isə dağıntılar altından xəstəxana moqruna məxsus 6 cəsədin çıxarıldığını deyir. Dağıntı habelə 600 min dollar dəyəri olan tibbi ləvazimatı da məhv edib.

Çin jurnalistlərinin yaydığı fotolar xəstəxana otaqlarının tavanının uçduğunu, divarların aralandığı, çoxsaylı dağıntılar və kabellərin binadan asılı qaldığını göstərir.

Yerli rəsmilər Fransa Xəbər Agentliyinə bildirib ki, təhqiqatçılar hadisənin necə baş verə biləcəyinin səbəblərini araşdırır. Ancaq onlar araşdırma nəticələrinin gələn həftənin əvvəlinədək açıqlana bilməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG