Accessibility links

Çin hökuməti müsəlman qruplaşmalarını dövlətə təhlükə hesab edir [Təhlil}


Çinin ucqar və qaynar Sincan regionunda dövlət orqanları terror hücumu ittihamı altında ölümlə nəticələnən qarşıdurmalarda iştirak etmiş iki nəfəri ölüm, üçünü isə həbs cəzasına məhkum ediblər. Ötən aprel ayında baş verən hadisələr zamanı 21 nəfər həlak olmuşdu.

Çinin dövlət mediasının bildirdiyinə görə, Sincanın Qaşqar şəhərində cəmi bir gün çəkən məhkəmə Musa Həsən və Rəhman Hupuru qətllərdə və terrorçu qrupla əlaqəsi olmaqda günahlkar bilərək onlara edam hökmü çıxarıb. Məlumatda Musa Həsənin cinayət qrupunun təşkilatçısı olduğu və qeyri-qanuni partlayıcı qurğular hazırlanmasında iştirak etdiyi deyilir.

Qalan üç nəfər isə doqquz ildən ömürlük həbsə qədər, müxtəlif müddətli cəzalara məhkum edilib. Məhkəmə barələrində hökm çıxarılanların milliyyətini açıqlamasa da, adlarından məlum olur ki, onlar uzun illərdir diskriminasiyaya məruz qalan, müsəlmanların çoxluq təşkil etdiyi regionda yaşayan türkdilli uyğurlardır.


Rafaello Pantuççi Kral Birlik Xidmətləri İnstitutunda baş tədqiqatçıdır. “Mənim üçün bu hökmlər gözlənilməz deyil və bu kimi hökmlər əvvəllər də çıxarılıb. Keçmiş təcrübəni nəzərə alaraq demək olar ki, məhkəmə qərarları gözləntilərə müvafiqdir.”

Aprelin 23-də baş verən qarşıdurmalar zamanı 19 nəfər həbs edilmişdi. Zorakılıqlar 15 polis işçisinin və icma üzvlərinin ölümünə səbəb olmuşdu. Çinin kütləvi informasiya mənbələri baş verənlər və dəfn mərasimləri ilə bağlı məlumatlar əldə etməyə çalışırdı.
Çin rəsmiləri dövlət mediasından başqa müstəqil xəbər agentliklərinə Sincanda baş verənlərlə bağlı məlumat yayımlamağa imkan vermirdi.

Qarşıdurmalar zamanı qətlə yetirilən təhlükəsizlik işçilərinin ailə üzvləri Çin mediasına insidentdən sonra daha böyük hücumların gözlənildiyini deyiblər.

Hökumət zorakılıqların təhlükəsizlik rəsmilərinin şübhələnilən bir evdə yoxlanış aparmağa başlayandan sonra vüsət aldığını, lakin sürgündə olan uyğur fəallar zorakılıqların bir yeniyetmənin təhlükəsizlik qüvvələri tərəfindən güllə ilə vurulub öldürülməsindən sonra başladığını deyirlər. Bəziləri isə mübahisənin lap əvvəllər, kişilərə saqqallarını qırxmaq, qadınlara isə baş örtüklərini geyməməklə bağlı göstərişdən sonra başladığını deyirlər.

“Adətən əyalətlərdən gələn bu cür məlumatlar ziddiyətli olur və hansının doğru, hansının yalan olduğunu müəyyən etmək çətindir. Lakin bir şey məlumdur - hökumət məlumatı özünün istədiyi kimi təqdim edir və təhqiqat aparılmasına imkan vermir,” - deyə, Raffaello Pantuççi bildirir.

Pekin deyir ki, Orta Asiya, Pakistan və Əfqanıstanla sərhəddə yerləşən Sincandakı radikal müsəlman qruplaşmalar dövlət üçün təhlükədir. Çin hökuməti regionda etnik azlıqların həyatının standartlarını qaldırmaq məqsədilə milyardlara dollar pul xərcləyib. Rəsmilər azlıqlarla yaxşı rəftar olunduğunu israr edir.

Pantuççi deyir ki, Pekin diqqəti iqtisadiyyatın dirçəlişinə yönəltməklə insanların könlünü alacağını və regionda sülhü bərqərar edəcəyini zənn edir.

2009-cu ildə də Sincanın inzibati mərkəzi Urumçidə baş verən zorakılıqlar zamanı çoxu etnik çinlilər olmaqla, 200-ə qədər adam qətlə yetirilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG