Accessibility links

Xızı meşələri yanır


Yanğın
Yanğın

Xızı rayonu, Giləzi kəndində (Bakıdan 100 kilometr şimal) dağlıq ərazidə meşə zolağında tüstülənmə ocaqları müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin helikopteri qeyd edilən tüstülənmə ocaqlarının söndürülməsinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçdiyini dildirir.

Mətbuat xidməti kol-kosun yanğına məruz qaldığını bildirir.

“Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür. Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb”, xəbərdə qeyd edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yerli sakinlər hazırkı saatlarda yanğının cilovlanmasının mümkün olmadığını deyir. Xızı rayon mərkəzində olan yerli sakin Amerikanın Səsinə bildirib ki, yanğın rayon mərkəzindən 5-6 kilometr cənubda dağlarda və meşədə baş verib və böyük əraziyə yayılmaqdadır.

Yanğının baş vermə səbəbləri ilə bağlı məlumat verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG