Accessibility links

Bu gün Milad bayramıdır [Video] [Fotoqalereya]


Roma Papası bu gün Milad bayramını qeyd edənləri bu münasibətlə təbrik edərək müharibələr və terror təhlükəsi ilə üzləşən dünyaya sülh arzulayıb.

Vatikanda Müqəddəs Pyotr Bazilikasında minlərlə insan önündə illik Milad xütbəsində Papa Fransis xüsusilə Suriya müharibəsindən danışıb. O, Hələbdəki vəziyyəti vurğulayaraq beynəlxalq ictimaiyyəti münaqişənin həlli yollarının tapılmasına çağırıb. Bazilikanın mərkəzi eyvanında Müqəddəs Pyotr Meydanında toplaşmış on minlərlə insanın önündə çıxış edən papa ənənəvi Urbi et Orbi(“şəhərə və bütün dünyaya”) mesajını səsələndirib.

Vatikanda Müqəddəs Pyotr Bazilikasında minlərlə insan önündə illik Milad xütbəsində Papa Fransis xüsusilə Suriya müharibəsindən danışıb. O, Hələbdəki vəziyyəti vurğulayaraq beynəlxalq ictimaiyyəti münaqişənin həlli yollarının tapılmasına çağırıb.

Papa Fransis deyib ki, terrorizm dünya boyu şəhərlərdə və ölkələrdə təhlükə və qorxunun yaranmasına gətirib çıxarıb.

İngiltərə Kilsəsinin dini lideri Kanterburi arxiyepiskopu Castin Velbi və 85 milyonluq Anqlikan xristianlarımım qlobal birliyi dünyada baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

Bu gün Londonda açıqlanan bəyanatda Castin Velbi bildirib ki, 2016-ci il bizi tərk edən zaman özü ilə qeyri-müəyyənlikər və narahatlıqlar qoyub gedir.

Milad bayramının ən izdihamlı keçirildiyi yer isə İordan çayının qərb sahilində yerləşən və İncilə əsasən İsa peyğəmbərin doğum yeri olan Betlehem şəhəri olub. Bu gün İsa peyğəmbərin tövlüd günü xristianlar onun doğulduğu Beyt-Ləhm şəhərində mərasimlər keçirib.

Miladı ən tez Asiya və Sakit Okean regionu qeyd edib. Bəzi insanlar kilsəyə gedib, bəziləri evdə vaxt keçirib, digərləri isə bayramı qeyd etmək üçün ailə və dostları ilə birgə səyahətə çıxıb.

Amerikalılar da Milad bayramını böyük təmtəraqla qeyd edir. Evlərin çilcıraqla bəzənməsi ABŞ-da müşahidə edilən ən geniş yayılmış adətlərdəndir.

Amerikana: Nağılvari Milad işıqları
please wait

No media source currently available

0:00 0:08:07 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG