Həbsdə olan rusiyalı iş adamı Mixail Xodorkovski haqqında çıxarılacaq hökmün oxunması üçün daha 2 həftə gözləməli olacaq. Hakim Viktor Danilkin bu gün qərarı açıqlamağı təxirə salıb. Hökmün bu gün oxunması gözlənilsə də, məhkəmə bildirib ki, qərar dekabrın 27-də açıqlanacaq. Ləngimənin səbəbi barədə heç bir məlumat verilməyib. Keçmiş neft maqnatı olan Xodorkovski vergi saxtakarlığı ittihamı ilə artıq 8 ilə yaxındır həbsdədir. O və biznes tərəfdaşı Platon Lebedev çirkli pulların yuyulması və mənimsənilməsi ilə bağlı əlavə ittihamlarla üzləşir.
Xodorkovski haqda hökm dekabrın 27-dək təxirə salınıb
Keçmiş neft maqnatı və onun biznes tərəfdaşı Platon Lebedev çirkli pulların yuyulması və mənimsənilməsi ilə bağlı əlavə ittihamlarla üzləşir