Accessibility links

Xorvatiyada parlament seçkilərində mühafizəkar HDZ partiyası qalib gəlib


Xorvatiyanın hakim mühafizəkar partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlsə də, koalisiya tərəfdaşları olmadan hakimiyyəti idarə etmək üçün kifayət qədər yer əldə etməyib.

Səslər demək olar hesablanıb və nəticələr Xorvatiya Demokratik Birlik (HDZ) partiyasının 151 üzvlük parlamentdə 61 yer aldığını göstərir.

54 yer əldə edən liberal Sosial Demokratlar parityası ikinci yerdə, Most (yəni Körpü) partiyası isə 13 yerlə üçüncü yerdə gəlir.

Bu isə onu göstərir ki, HDZ hakim coxluq yaratmaq üçün Most partiyası ilə danışıqlar aparmalıdır.

Bu, Xorvatiyada parlamentin buraxılması və hökümətin süqutundan sonra bir ildən az bir müddət ərzində ikinci dəfədir ki, erkən seçki keçirilir.

Bundan əvvəlki sağçı hökümət iqtisadi islahatlarla bağlı danışıqların heç bir nəticə verməməsinə görə altı ay hakimiyyətdə qaldıqladan sonra iyun ayında dağılıb.

Avropa İttifaqının ən yeni üzvü olan Xorvatiya qurumun ən zəif iqtisadiyyatına malik bir ölkələrindən biri kimi aşağı iqtisadi artım və yüksək işsizlik problemləri ilə mübarizə aparırı.

Siyasi təhlilçilər yeni hökümətin ölkədəki problemləri həll etmək yolunda hər hansı bir irəliləyişə nail ola biləcəyinə böyük ümidlə baxmır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG