Accessibility links

Xorvatiyada miqrantlar Sloveniya ilə sərhədin açılmasını tələb edir [Video]


Xorvatiyada miqrantlar Sloveniya ilə sərhədin açılmasını tələb edir
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Xorvatiyada miqrantlar Sloveniya ilə sərhədin açılmasını tələb edir

Xorvatiya höküməti qaçqınları qeydiyyatdan keçirmək üçün Serbiya ilə sərhəddə müvəqqəti qaçqın şəhərciyi salıb

Müharibə və yoxsulluq səbəbi ilə şimali Avropaya qaçan miqrantlar Sloveniyanı Xorvatiya ilə sərhədi açmağa çağırıb.

Biz ölmək istəmirik, terror və zülmdən müdafiə olunmaq, eləcə də cavabdehlik tələb edirik
İraqlı mühacir

Yaxın Şərq və Afrikadan gələn miqrantlar etiraz nümayişi keçirərək, Sloveniyadan onların qonşu Xorvatiyaya keçə bilməsinə imkan yaratmağı tələb edirlər.

“Digər sərhədlər daha asandır – Makedoniya, Serbiya, Xorvatiya. Bir Sloveniya sərhədi problemlidir.”

Bir çox insan müharibə və yoxsullqudan qaçaraq, Avropada daha yaxşı həyat axtarışında həftələrlə səfər edir. Sonda isə buraya gəlib yolların bağlandığını görürlər.

“Biz ölmək istəmirik, terror və zülmdən müdafiə olunmaq, eləcə də cavabdehlik tələb edirik.”

Xorvatiya əvvəl miqrantları qəbul edirdi, ancaq onların sayı çoxaldıqdan sonra minlərlə insanı Macarıstana geri göndərdi, Macarıstan isə Avstriyaya.

Sloveniya ilə sərhəddə qalanlarla yaxşı rəftar olunur və onlar yerli rəsmilərə minnətdarlıqlarını bildirirlər.

“Yemək, su, yatmaq üçün yer var. Bunu biz edirik, Harmika bələdiyyəsi. Hökümət deyil, bələdiyyə.”

Macarıstan sərhədi bağlayandan sonra çoxları Serbiyadan keçməyə başladı. İndi isə onlar bu yolla geri dönməli ola bilərlər.

Xorvatiya höküməti qaçqınları qeydiyyatdan keçirmək üçün Serbiya ilə sərhəddə müvəqqəti qaçqın şəhərciyi salıb. Bu isə o deməkdir ki, daha minlərlə miqrantaın gələcyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG