Accessibility links

Azərbaycan xoşbəxtliyi 112-ci yerdədir


Xoşbəxtlik simvolu
Xoşbəxtlik simvolu

BMT dünyada xoşbəxtlik reytinqi ilə bağlı hasabat dərc edib

BMT-nin davamlı inkişafın təminatı yolları üzrə hesabatına əsasən Azərbaycan dünyanın ən xoşbəxt ölkələri reytinqində 112-cı yeri tutub.

Turan agentliyi hesbata istinadən bildirir ki, ənənəyə uyğun olaraq ən xoşbəxt ölkələr Skandinaviya və Benilüks ölkələridir – Danimarka, Norveç, İsveçrə, Niderland, İsveç.
Onlar reytinqdə ilk yerləri tuturlar. Reytinqdə 156 ölkə var.

Hesabatın tərtib olunmasında iqtisadiyyat, psixologiya, statistika və digər elm sahələrində mütəxəssislər iştirak ediblər.

Reytinq siyasi azadlıqlar, əhalinin sosial müdafiə sistemi, korrupsiyanın olmaması kimi göstəricilərin əsasında hazırlanıb. Ekspertlər qiymətləndirmə meyarları kimi altı amili götürüblər: adambaşına real ÜDM, sağlam uzunömürlülük, yaxın ətrafda kiməsə arxalanmaq imkanları, mühüm qərarların qəbulunda azadlığın subyektiv dərəcəsi, korrupsiyadan müdafiə və səxavətlilik. News.ru bildirir.

İlk onluğa həmçinin Kanada, Finlandiya, Avstriya, İslandiya və Avstraliya düşüb. İkinci onluğa İsrail, ABŞ, Yeni Zelandiya daxildir. Onluğu Venesuela qapayır.

Zəngin neft ehtiyatları olan, lakin korrupsiyaya uğramış Azərbaycanın qonşuları sırasında Tacikistan, Botsvan, Ermənistan, Monqolustan, Fələstin də var. Siyahını Afrika ölkələri qapayır – Qvineya, Tanzaniya, Ruanda, Burundi, Mərkəzi Afrika Respublikası, Benin və Toqo.
XS
SM
MD
LG