Accessibility links

Yüzlərlə azərbaycanlı İran prezidentinə etiraz məktubu göndərib


Yüzlərlə azərbaycanlı İran prezidentinə etiraz məktubu göndərib
Yüzlərlə azərbaycanlı İran prezidentinə etiraz məktubu göndərib

Xoy şəhərinin "Xoy Ərvin" qəzetində dərc edilən məktubda deyilir: "Günəbaxan toxumunun xaricdən gətirilməsi Xoy şəhərinin əhalisinə, o cümlədən fəhlələrə və əkinçilərə ağır zərbə vurur.

İran Azərbaycanının Xoy şəhərində günəbaxan əkinçiliyi və ticarəti ilə məşğul olan yüzlərlə insan İran prezidenti Mahmud Əhmədinejada etiraz məktubu göndərib.

Xoy şəhərinin "Xoy Ərvin" qəzetində dərc edilən məktubda deyilir: "Günəbaxan toxumunun xaricdən gətirilməsi Xoy şəhərinin əhalisinə, o cümlədən fəhlələrə və əkinçilərə ağır zərbə vurur. Bu əkinçilərin kəndləri tərk edib şəhərlərə köçməsinə səbəb olur."

Xoy şəhərinin "Xoşkəbar Birliyinin" rəhbəri Rza Münsif “Amerikanın səsi” radiosuna bildirib ki, etiraz məktubunu 400 dən çox şəhər sakini imzalayıb. “Bu şəxslərdən əlavə onlarla kənd şurasının yüzlərlə üzvü də sənədi imzalayıb”.

Cənab Münsif deyib ki, ötən il Xoy torpaqlarında 45 min tonadək günəbaxan toxumu əldə edilib. “Günəbaxanın becərilməsində 1000 nəfər işləyir. Amma 150 000 adamın həyatı bu işlə bağlıdır. Çünki bu Xoyun istehsal elədiyi əsas məhsuldur”.

O iddia edir ki, dövlət günəbaxan məhsulunun yalnız 4 faizini alır. “Yerli əhalidən belə az məhsul almasına baxmayaraq Çin, Kanada və digər ölkələrdən günəbaxan idxalına icazə verir. Bundan başqa, İraqın Süleymaniyə şəhərindən də qaçaqmalçılıq yolu ilə İrana ucuz günəbaxan məhsulu gətirilir. Bu isə yerli məhsulun qiymətinə mənfi təsir göstərir.”

Bir müddət əvvəl prezident Əhmədinejadın Qərbi Azərbaycana səfəri zamanı, onun nümayəndələri və bir neçə nazir Xoy şəhərində günəbaxan istehsalçılarının şikayətlərini dinləyib. “Söz verdilər ki, xaricdən idxal edilən günəbaxana və günəbaxan toxumuna tətbiq edilən gömrük vergisi artırılacaq, ya da bu məhsulun idxalı dayandıracaq. Hətta ali elmlər naziri də Xoya gələn rəsmilərin arasında idi və o da problemin həllinə söz vermişdi. Ancaq problem hələ də həllini tapmayıb”, - deyə Rza Münsif qeyd edib.

Xoy şəhəri İranın Qərbi Azərbaycan vilayətində, Türkiyə sərhəddi yaxınlığında yerləşir. Xoyun əhalisi 370,000 nəfərdən çoxdur.

XS
SM
MD
LG