Accessibility links

Millət vəkili: Xoyda İran və Türkiyənin ortaq sənaye şəhərciyi yaradılır


Qərbi Azərbaycan vilayətində İran və Türkiyənin ortaq sənaye şəhərciyi və logistika terminalı yaradılır.

Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki deputatı və İran-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Adil Nəcəfzadə bu barədə “Tasnim” agentliyinə məlumat verib.

Agentliyin yazdığına görə, “millət vəkili İran parlamenti heyətinin son Türkiyə səfərinin nailiyyətlərinə işarə edərək deyib ki, səfər zamanı Xoy və Çayparada əlverişli investisiyaya zəmin hazırlanmasına qərar verilib.”

Nəcəfzadə həmçinin Xoy-Evoğlu qovşağında regional logistika terminalının işə salınacağını bildirib.

Millət vəkili deyib ki, “İran və Türkiyənin ortaq sənaye şəhərciyinin yaradılması bölgədə iqtisadi inkişafa yol açacaq. Bu vasitə ilə Türkiyəli tacirlər və iş adamları Xoyda sərmayə yatırıb və İranla iqtisadi əlaqələri artəra bilərlər.”

XS
SM
MD
LG