Accessibility links

Amerikada məskunlaşan İraq xristianları


Amerikada məskunlaşan İraq xristianları
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Kaliforniyanın El-Kahon şəhərində çox sayda İraqın xald xristianları məskunlaşıb. Son iyirmi ildə xaldlar Kaliforniyada sürətlə artan bir icmaya çevrilib. Lakin çoxları deyir ki, onların ürəkləri və fikirləri hələ də dogma İraqdadır.

Kaliforniyanın El-Kahon şəhəri dogma vətənləri İraqdan uzaq düşən minlərlə xald xristianının ikinci yurdu sayılır. Kərəm Xazeyr: “Siz burada özünüzü Amerikada deyil, İraqda hiss edirsiniz. Buranın ab-havası, yeməyi, dostlar. Hətta küçədə gəzərkən ingilis dilində danışmağa ehtiyacınız yoxdur.”

Yaxın Şərq Rifah Assosiasiyasının 2016-cı ildəki hesablamalarına əsasən bildirilir ki, onlar Birləşmiş Ştatlarda yaşayan 150 minə qədər xald xristianları arasındadır. Onların çoxu Miçiqan və Kaliforniyada məskunlaşıb. Onlardan bəziləri Kaliforniyadakı icmaya özləri ilə iş təcrübələrini də gətirib. Raid Henni: “Mən İraqda da zərgərliklə məşğul olurdum, Amerikada da eyni işi görürəm. İraqlıların böyük icması buradadır, və işim çox yaxşı gedir çünki iraqlılar qızılı, ələlxüsus 21 karatlıq qızılı sevir.”

Kərəm Xizeyr İraqda həyatlarının yaxşı olduğunu, lakin İslam Dövləti yaraqlılarının onlara qaçmaqdan başqa seçim qoymadığını deyir. “Buradakı hər bir iraqlı dərin yara alıb. İŞİD bizim şəhərimizi xarabalığa çevirdi. Biz Mosuldanıq və biz hər şeyimizi qoyub gəlməli olduq. İraqdan qaçdıq, indi Amerikadayıq” deyə, Kərəm Xazeyr bildirir.

Mosuldan minlərlə km uzaqda olan xald xristianları indi burada, öz adət-ənənələrini, tarixlərini yaşatmaq üçün bir araya gəlir, bir yerdə musiqi dinləyir, birlikdə ibadət edir.

Vətənlərindən məcburi olaraq qaçan bu insanlar mühacir icmalarında birlikdə olmağa çalışır.

XS
SM
MD
LG