Accessibility links

Xəzərdə iki qayıq itib


Xəzərdə iki qayıq itib
Xəzərdə iki qayıq itib

Hər iki qayığın Abşeron yarımadasının şərqindəki Pirallahı adası yaxınlığında motoru sıradan çıxıb

Dekabrın 6-7-də Pirallahı adasından dənizə çıxan 2 qayıqla bağlı axtarışlar davam edir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mühərriklərində yaranmış nasazlıq səbəbindən qayıqlarla əlaqə (biri ilə Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında sahildən 20 km. aralıda, digəri ilə Pirallahı adasından 45 km. aralıda) kəsilib.
Nazirlik bildirir ki, dekabrın 8-də 1 ədəd helikopter qayıqların axtarışının aparılması üçün havaya qalxıb. Axtarışlar hələ ki nəticə vermir, bu istiqamətdə tədbirlər davam etdirilir. Qayıqların şəxsi heyəti ilə bağlı məlumat verilmir.

XS
SM
MD
LG