Accessibility links

Y Combinator - texnoloji təşəbbüslərin ən tanınmış dəstəkçisi [Video]


Y Combinator - texnoloji təşəbbüslərin ən tanınmış dəstəkçisi
please wait

No media source currently available

0:00 0:02:38 0:00

“Y Combinator” Silikon Vadisində yerləşən bir müəssisədir. Onlar dünyanın ən tanınmış və gəlirli texnologiya şirkətlərinin ərsəyə gəlməsinə maliyyə yardımı göstərirlər. Dünyanın müxtəlif yerlərindən olan texnoloji təşəbbüslər müəllifləri buranın hər il elan edilən 10 həftəlik proqramına qəbul olmaq üçün mübarizə aparırlar. Müraciət edənlərin isə yalnız iki faizi qəbul olunur.

Əhatə dairələrini artıqmaq üçün “Y Combinator” təlim proqramını onlayn yerləşdirib.

Nəticədə dünyanın 140 ölkəsindən 7,000 texnoloji layihə təsisçisi buranın ilk Startap Məktəbinə yazılıblar.

Dərslər Facebook, Slack və digər nəhəng şirkətləri başladan insanlar tərəfindən keçirilir. Mentorlar hər həftə təsisçilərlə həm onlayn, həm də üz-üzə görüşmək üçün ofis saatları ayırırlar.

Stiven Fam Startap Məktəbini idarə etməyə yardımçı olur.

“Bu insanların çoxunun ölkərində İnternetə çıxış təzəlikcə artıb. İnternetin popularlaşmasının ilkin mərhələsini yaşayan məkanlardan olan təşəbbüskara yardımçı olmaq üçün digər ölkələrin uğur nümunələri ilə tanış edirik.”

Startap Məktəbinin ən vacib nöqtəsi təqdimatların keçirildiyi gündür. Dünyanın müxtəlif yerlərindən olan yüzlərlə şirkət sərmayəçiləri öz ideyaları ilə tanış edirlər.

Hətta müharibənin viran qoyduğu Suriyadan olan təşəbbüskarlar da var. Onlar uşaqlara konstruktor toplamağı öyrətmək istəyirlər.

Digər təşəbbüskarlar nəqliyyat, səyahət və təhsil sahələrində texnolji yeniliklər gətirmək niyyətindədirlər.

Sudandan olan SocialEyeze təşəbbüsü korlara sosial mediada daha səmərəli istifadə etməyi öyrədirlər.

“İnsanların Silikon Vadisi haqqında böyük fikirləri var. Bu qədər müxtəlif yerdən olan təşəbbüsü bir arada görmək həqiqətən çox gözəldir.”

“Hətta Startap Məktəbinin onlayn çatı vasitəsilə biz xeyli dostluqlar əldə etmişik. Çox güman ki, digər təsisçilərlə olan dostluğumuzu davam etdirəcəyik.”

Ola bilsin ki, Startap Məktəbinin bu qrupu arasında gələcəyin Bil Qeytsi və ya Mark Zukerberqi olmasın. Amma burada öyrəndikləri biliklər və qazandıqları əlaqələr onların gələcək uğurlarının əsasını təşkil edəcək.

XS
SM
MD
LG