Accessibility links

Yahoo internet şirkəti gizli şəkildə emaillərə nəzarət edib


Yahoo internet şirkəti ABŞ-ın kəşfiyyat agentliklərinin göstərişi ilə yüz milyonlarla emailləri skan edib.

Röyters xəbər agentliyinin verdiyi məlumata görə, İnternet şirkəti bu nəzarəti keçən il Milli Təhlükəsizlik Agentliyi, ya da Federal Təhqiqatlar Bürosunun göstərişi ilə həyata keçirib.

Yahoo şirkətinin üç keçmiş işçisi Röyters xəbər agentliyinə bildirib ki, hökumət Yahoo-nu bir sıra mesajlarda hərflərin yazılışı, rəqəmlər və başqa işarələri axtarmağa sövq edib. Onların bildirdiyinə görə, bu, hökumətin xüsusi söz birləşməsi və yaxud kodu axtardığına işarə edir.

Röyters xəbər agentliyinin verdiyi məlumara əsasən, Yahoo Birləşmiş Ştatların kəşfiiyyat agentlikləri tərəfindən təqdim edilmiş əsas sözlər və ifadələrdən istifadə edərək, istifadəçilərdən gələn bütün emailləri yoxlmaq üçün gizli şəkildə xüsusi softveyr proqramı hazırlayıb.

Yahoo açıqladığı qısa bəynatda qanuna tabe olan şirkət olduğunu və Birləşmiş Ştatlar qanunlarına əməl etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG