Accessibility links

Oğuz və Qəbələdə meşədə yanğınlar baş verib


 İsmayıllıda meşə yanğını
İsmayıllıda meşə yanğını

Avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində (Bakıdan 220 kilometr şimal-qərb) və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində (Bakıdan 265 kilometr şimal-qərb) meşə zolağında yanğınlar baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub. Duruca kəndində meşə ağacları və kol-kos 1 hektar sahədə yanıb. Yanğın gecə saatlarında söndürülüb.

Nazirlik bildirir ki, qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG