Accessibility links

“Yanardağ” qoruğu yenidən qurulacaq


Yanardağ qoruğunun yeni layihəsi

İtaliyalı memarlar Laura Peretti və Sandro Teti "Yanardağ" Dövlət Tarixi-Mədəni və Təbii Qoruğunun yenidən qurulmasına dair layihə təklif edib. Bundan öncə müasir muzey kompleksinin yaradılması ideyasını prezident İlham Əliyev irəli sürüb.

United-Cultures in Baku şirkətindən Turan agentliyinə verilən məlumata görə, yeni muzey konsepsiyası olan layihə Yanardag - Enerji Muzeyi - Alov Teatrı və Azərbaycanın təbii sərvətini və tarixi spesifikasını əks etdirir.

Bundan əlavə, italiyalı memarların və dizaynerlərin layihəsi gələcək muzeyin həm də açıq səmada teatr səhnəsi kimi istifadə olunmasına imkan verəcək.

Layihənin icrasında metalkonstruksiya və şüşədən istifadə olunması təklif edilir.

"Yanardağ" Bakının 30 km.-də yerləşir. Bu, Azərbaycanda çoxsaylı yerlərdən biridir ki, burada yerin təkindən təbii qaz çıxır və yanır.

XS
SM
MD
LG