Accessibility links

BP-nin ofisində komputer yanıb


FHN
FHN

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat verib.

Nazirliyin rəsmi məlumatına görə, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yerli medianın yazdığına görə, BP-nin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində qısaqapanma olub. Həyata keçirilən tədbirlər nəticəsində qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.

“BP-Azerbaijan” şirkətindən “APA agentliyinə bildiriblər ki, binanın birinci mərtəbəsində elektrik sistemində nasazlıq yaranıb: "Bu səbəbdən hər ehtimala qarşı işçilər təxliyə edilib".

Bildirilib ki, artıq nasazlıq aradan qaldırılıb və hər kəs normal iş rejimini davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG