Accessibility links

Yanğınların 80 faizinə insanlar və qlobal istiləşmə səbəb olur


Son araşdırmalara görə, yanğınların 80 faizinə insanlar və qlobal istiləşmə səbəb olur.

Kolorado Universitetinin alimləri deyir ki, qeyri-yanğın mövsümlərində yanğınlara insan fəaliyyətləri yol açır.

Alovlandırma, siqaretlərin söndürülməməsi, tonqallar və yararsız təchizatdan istifadə insanların yaratdığı yanğınlardır.

Təbii yanğınlara çox hallarda ildırımlar səbəb olur. Əgər torpaq yaş və ya sərin olsa, yanğınların yayılma ehtimalı az olur.

Lakin ekspertlərin dediyinə görə, isti və quru təbii şərait kiçik yanğınların tez bir zamanda dağıdıcı təsirini təmin edir.

XS
SM
MD
LG