Accessibility links

Qəbələ meşələrində yanğın başlayıb


Meşədə yanğın
Meşədə yanğın

Sentyabrın 1-də Qəbələ rayonunda meşəlik ərazidə yanğın baş verib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Abrıx kəndi ətrafında olan Bum meşəbəyliyinin 2 saylı meşə dolayısında qeydə alınıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsinə isti və küləkli hava şəraiti çətinlik törədir.

İlkin hesablamalara əsasən yanğın nəticəsində 1,5 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər,Fövqəladə Hallar Nazirliklərinin canlı qüvvələri ilə texnikası yanğına qarşı mübarizə aparır. Hadisə yerinə helikopterlər cəlb olunub və yağnının söndürülməsi istiqamətində işlər görülür.

XS
SM
MD
LG