Accessibility links

İyunun 19-da səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı bazarında baş verən yanğın saat 11-də söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlik yanğının səbəbləri, dəymiş ziyanla bağlı hələ məlumat yaymayıb.

İlkin məlumata görə, yanğın səhər saat 7 radələrində başlayıb. Nəticədə boya və digər tikinti materillarının satışı ilə məşğul olan 2 dükan bütövlükdə, taxta satışı ilə məşğul olan 1 dükan isə yarıyadək yanıb. Ətrafdakı onadək dükana ziyan dəyib.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun birinci müavin Şahmar İbadov gəlib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG