Accessibility links

Siyavuş Novruzov Milli Şuranın mitinqini "biabırçı" adlandırıb


YAP icra katibinin müavini Siyavuş Novruzov
YAP icra katibinin müavini Siyavuş Novruzov

«Əli Kərimli mitinqdə deyir ki, 1988-ci ildən Azadlıq meydanında soyuğun qarşısında mübarizə aparıblar. Ancaq həqiqət bundan ibarətdir ki, 1988-ci ildə Əli Kərimli Bakı Dövlət Universitetində komsomol komitəsinin katibi seçilmək üçün dəridən-qabıqdan çıxırdı. Onun Azadlıq meydanında nə işi vardı? İnsanları aldadan bu cür yalan və böhtan fikirlər səsləndirirlər. Tarixi heç kim saxtalaşdıra bilməz».

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

AzadlıqRadiosunun APA-ya istinadən yazdığına görə, S.Novruzov bildirib ki, Milli Şuranın keçirdiyi mitinq qanunun tələblərinə uyğun deyil: «Çünki referendum dövründə anti-referendum təbliğatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək lazımdır. Ancaq bunlar imza toplaya, qeydiyyatdan keçə bilməyiblər, ancaq referendum əleyhinə çıxışlar edirlər. 2 Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunda da göstərilib ki, heç kim təhqir oluna bilməz, etnik-dini çağırışlar olmamalıdır. Ancaq hamı şahid oldu ki, mitinqdə bu cür çağırışlar oldu».

S.Novruzovun sözlərinə görə, mitinqə xalq yox, yalnız təşkilatçıların yaxınları toplaşıb: «Bu gün bütün əhali Milli Şuranın biabırçı mitinqinin şahidi oldu. Orda jurnalistlər və polisləri çıxdıqda, 600-700 adam var ki, bunların da bəzilərinin qohum-əqrəbaları dini-ekstremist hərəkətlərlə bağlı həbs edilib. Digərləri isə mitinq təşkilatçılarının qohum-əqrəbalarıdır. Yerdə qalan insanlar mitinqə pulla gəlmişdi, özləri də bunu etiraf edirlər».

O, AXCP sədri Əli Kərimlini də ittiham edib: «Əli Kərimli gah «nurçu» olur, gah demokrat olur, gah da başqa dini qüvvələrə xidmət edir. Onun və ətrafında olanların geyimindən də «nurçu» olduqları bilinir».

XS
SM
MD
LG