"Aztelekom" İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsindən öz ərizəsi ilə azad olunub.
YAP-ın rəsmi saytının məlumatına görə, Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib.
Hazırda o, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.
Noyabrın 16-da Səbail rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Yerli media onun külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunduğunu yazır.