Accessibility links

Yaponiya rəsmisinin Şimali Koreyaya səfəri barədə məlumat gizli saxlanır


Yaponiyanın baş naziri Şinzo Abe hökumət elçisinin uzun müddət düşmən ölkə hesab edilən Şimali Koreyaya gözlənilməz səfəri barədə məlumat verməkdən boyun qaçırıb.

Hökumət nümayəndəsi İsao Lijima dünən Pxenyanda Şimali Koreyanın Asiya İşlər İdarəsinin vitse prezidenti Kim Çol Ho tərəfindən qarşılanıb.

Yaponiyanın bəzi mətbuat orqanlarında bu görüşün 1970-ci və 1980-ci illərdə Şimali Koreya tərəfindən oğurlanmış yaponlar haqda Tokionun daha çox məlumat tələb etməsi ilə bağlı ola bildiyi haqda məlumat yayıb.

Şimali Koreya rəsmiləri bir neçə yaponun oğurlanmasını və bunu Şimali Koreya casuslarına yapon dili və mədəniyyətini öyrənmək məqsədi ilə edildiyini etiraf edib.

Yaponlar Şimali Koreyanın etiraf etdiyindən daha çox Yaponiya vətəndaşı oğurladığına inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG