Accessibility links

Yaponiyanın hərbi gəmiləri ABŞ-la birgə hərbi təlimlərə qoşulub


ABŞ-la Yaponiyanın hərbi gəmiləri Sakit okeanın qərbində, Şimali Koreya yaxınlığında birgə hərbi təlimlərə başlayıblar.

Qeyd edək ki, təlim məşqləri ABŞ-ın raket gəmilərindən ibarət zərbə qrupunun bu günlərdə Şimali Koreyaya yaxınlaşması fonunda keçirilir.

Hazırkı təlimdə Yaponiyadan 2 raket gəmisi, həmçinin ABŞ-ın “Karl Vinson” raket gəmisi iştirak edir.

“Karl Vinson” gəmisi Avstraliyaya getməli idi, amma son günlər Şimali Koreyanın yeni raket sınaqları keçirməsinə görə, ona Koreya yarımadasına dönmək əmr olundu.

Yaponiya rəsmilərinin sözlərinə görə, ölkənin raket gəmiləri ABŞ-ın “Karl Vinson” gəmisi ilə müxtəlif taktiki tapşırıqları yerinə yetirəcəklər.

Reutersin məlumatına görə, Yaponiya gəmiləri “Karl Vinson” gəmisini şimala, azı Şərqi Çin dənizinədək müşaiyət edəcək.

Şimali Koreya aprelin 25-də Koreya Xalq Ordusunun 85 illiyini qeyd etməyə hazırlaşır.

Pxenyan adətən bu cür tədbirlərdə özünün hərbi gücünü nümayiş etdirir, yeni sınaqlar keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG