Accessibility links

Yaponiya parlamenti nüvə qəzasına görə hökuməti günahlandırdı


Yaponiya parlamentinin gəldiyi qənaətə əsasən ötən il Fukuşima nüvə stansiyasında baş vermiş fəlakətin səbəbi “insan xətası” olub.

Altı aylıq təhqiqata əsaslanan hesabat həm hökuməti, həm də stansiyanın idarəçisi Tokyo Elektrik Şirkətini fəlakətin qarşısını almamaqda təqsirləndirib. Fukuşima fəlakəti 1986-cı ildə Ukraynanın Çernobıl şəhərində baş verən nüvə qəzasından bəri ən pis nüvə qəzası sayılır.

Təhqiqatçı panel müəyyən edib ki, hökumət rəsmiləri Fukuşima nüvə stansiyasını mart ayında nəhəng zəlzələ və tsunaminin təsirlərindən qoruyacaq ölçüləri bilərəkdən ləngidib.

Hesabatda həmçinin deyilir ki, qəzanın fəsadları effektiv insan reaksiyası nəticəsində qismən azaldıla bilərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG