Accessibility links

Yaponiyada fövqəladə vəziyyət rejimi uzadılıb


Yaponiyanın baş naziri Şinzo Abe koronavirus pandemiyasına görə ölkədəki fövqəladə vəziyyət rejimini may ayının sonuna qədər uzadıb.

Baş nazir fövqəladə vəziyyətin uzadılması barədə açıqlamanı bazar ertəsi hökumətin koronavirus işçi qrupu ilə görüşündən sonra verib. Abe tərəfindən aprelin 7-də qüvvəyə minən və çərşənbə günü sona çatmalı olan 30 günlük sərəncam Tokio və digər 6 prefekturanı əhatə edirdi. Lakin sonradan yoluxma hallarının sayı artdıqca sərəncam ümummilli vəziyyət alıb.

Baş nazir son günlərdə yeni yoluxmaların sayının azaldığını desə də, fövqəladə vəziyyətin ləğvi üçün bunun kifayət etmədiyini bildirib.

Yaponiyada hazırda COVID-19-a 15 min yoluxma, 510 ölüm halının qeydə alındığı bildirilib. Hazırkı vəziyyət ölkənin səhiyyə sistemini alt-üst edib, iqtisadiyyatını çökdürüb və Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını bir il təxirə salınmasına səbəb olub.

Fövqəladə vəziyyətlə bağlı hazırkı qanun yerli hökumət orqanlarına vətəndaşları evdə qalmağa, məktəb və müəssisələrin bağlanmasına göstəriş vermək hüququ versə də, qanuni olaraq dövlət səviyyəsində təcridə icazə vermir. Yaponiyanın II Dünya Müharibəsindən sonrakı vətəndaş azadlıqlarının ciddi şəkildə qoruyan konstitusiyası hökumətə məcburi karantin tətbiq etmək səlahiyyəti vermir.

Abe hökuməti pandemiyanın yayılmasının qarşısının alınmasında yavaş hərəkət etməkdə və aqressiv test proqramı qura bilməməkdə tənqid edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG