Accessibility links

Yaponiyada bir ildən artıq bir müddətdə ilk dəfə COVID-19-dan ölüm halı qeydə alınmayıb


Yaponiya səhiyyə rəsmiləri ölkədə bir ildən artıq müddətdə bazar günü ilk dəfə COVID-19-dan gündəlik ölüm halının qeydə alınmadığını bildirib.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Yaponiyada sonuncu dəfə koronavirusdan ölüm halı yalnız 2020-ci ilin avqustun 2-də qeydə alınmayıb. Yaponiyada COVID-19 yoluxma və ölüm hallarının kəskin şəkildə azalmasına səbəb əhalinin 70%-dən çoxuna peyvənd edilməsidir.

Yeni gündəlik yoluxmalar Delta variantının səbəb olduğu avqust dalğası zamanı 25 mindən çox olmaqla, rekord həddə çatmışdı. Yaponiyada pandemiyadan azı 18 min insan ölüb.

Bu qış mümkün sıçrayışa qarşı mübarizə aparmaq üçün hökumət gələn aydan etibarən gücləndirici peyvənd dozalarına başlamağı planlaşdırır və xəstəxanaya yerləşdirmələri azaltmaq üçün daha yüngül hallarda həblərdən istifadə müalicələrini təmin etməyə çalışır.

Yaponiyanın səhiyyə üzrə baş müşaviri Şigeru Omi bazar ertəsi jurnalistlərə deyib ki, səhiyyə işçiləri hər hansı yeni halların qarşısını almaq üçün güclü, intensiv tədbirlərlə əl atmalıdır.

Yaponiya hökuməti bazar ertəsi eləcə də tam peyvənd olunan, sponsorlar tərəfindən fəaliyyətlərinə zəmanət verilən və 10 günlük özünütəcrid rejiminə riayət edən əcnəbi tələbələrə, işçilərə və qısamüddətli iş səyahətinə çıxanlara ölkəyə giriş məhdudiyyətlərinin yüngülləşdiriləcəyini bildirib.

XS
SM
MD
LG