Accessibility links

Fukuşima nüvə obyektindəki zəhərli su təmizləndikdən sonra dənizə axıdılacaq


Yaponiyanın Nüvə Nəzarət Agentliyinin rəhbəri Fukuşima nüvə enerji obyektindəki radioaktiv suyun dənizə axıdılacağını bildirib.

Agentliyin rəhbəri Şuniçi Tanaka müxbirlərə zəhərli suyun xüsusi süzgəcdən keçirilərək, radiasiya səviyyəsinin beynəlxalq səviyyədə qəbul edilən normaya çatdirildiqdan sonra dənizə axıdılacağını deiyb.

Mühəndislər 2011-ci ildə baş vermiş zəlzələdən sonra nüvə reaktorlarını soyutmaq üçün istifadə olunan suyun sızmasının qarşısını almağa çalışıb. Fukuşimada əməliyyatları icra edən Tokio Elektrik Enerji şirkəti digər iki tankeri birləşdirən borudan zəhərli suyun sızdığı barədə məlumat verib.

Yaponiyanın hökumət rəsmiləri bu həftə nüvə elektrik stansiyasında böhranın həlli yollarına dair bir sıra yeni tədbirləri elan edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG