Accessibility links

Futenma hərbi bazasının yeri dəyişdiriləcək


Hökm Yaponiyanın Ali Məhkəməsi tərəfindən verilib

Yaponiyanın Ali Məhkəməsi ABŞ-ın Okinavadakı dəniz qüvvələri bazasının yerinin dəyişdirilməsi ilə bağlı hökumətin planını qüvvədə saxlayıb.

Məhkəmə Okinava qubernatoru Takeşi Onaqanın 2015-ci ilin oktyabr ayında əldə edilən sənədə əsasən Futenma hava bazasının boşaldılması üçün görüləcək iş planına əməl etməməsini qeyri-qanuni adlandırıb.

Yaponiya və ABŞ Futenmanın əhalinin sıx yaşadığı şəhərdən kənara köçürülməsni istəyir. Lakin əhali səs, cinayətkarlıq və qəzalara görə bazanın tamamilə adadan çıxarılmasını tələb edir.

Qərbi Çin dənizində yerləşən Okinava ABŞ qüvvələri və təyyarələrinə Asiyada potensial münaqişələrə çatmaq imkanı yaradır. Baza İkinci Dünya Müharibəsindən sonra salınıb.

XS
SM
MD
LG