Accessibility links

Yaponiya girov götürülmüş jurnalistin azad edilməsinə çalışır


İslam Dövləti qrupu tərəfindən girov götürülən yapon jurnalistini geri qaytarmaq yollarını müzakirə etmək üçün İordaniyada səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini bildirib ki, iki ölkənin höküməti onun xilas edilməsi üçün birgə iş aparır.

Xarici işlər nazirinin müavini Yasuhide Nakayama Əmmanda müxbirlərə deyib ki, Yaponiyanın nümayəndələrindən ibarət qrup bir həftə bundan əvvəl başlayan girov böhranının həll edilməsi üçün durmadan iş aparır.

Nakayama girovların azadlığa buraxılması üçün hansı işlərin görüldüyü barədə sualları cavablandırmayıb.

Yaponiya vətəndaşlarını girov götürən İslam Dövləti qrupunun yaraqlıları onların azad edilməsi müqabilində əvvəlcə 200 milyon dollar tələbini irəli sürmüşdü. Lakin indi onlar İordaniyada həbs olunmuş intiharçı hücumçu olacağından şübhələnilən qadının azad edilməsini tələb edir.

Yaponiyanın Baş naziri Şinzo Abe digər girov Haruna Yukavanın İslam Dövləti qrupu tərəfindən başının kəsilməsini “qəddar və yolverilməz” akt adlandırıb.

Yaponiya lideri NHK ictimai yayım şirkətinə müsahibədə Yaponiyanın terrorizmə qarşı mübarizəni dayandırmayacağını bildirib və Kenci Qotonun dərhal sərbəst buraxılmasını tələb edib. Qoto oktyabr ayında Suriyada Yukavanı xilas etməyə çalışan zaman girov götürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG