Accessibility links

Yaponiyada bıçaqlı hücum


Police zabitləri hücuma məruz qalmış Tsukui Yamayuri-en obyektinin qarşısında keşik çəkirlər.
Police zabitləri hücuma məruz qalmış Tsukui Yamayuri-en obyektinin qarşısında keşik çəkirlər.

Çərşənbə axşamı Tokyo yaxınlığında yerləşən əlillər üçün müəssisədə bir kişinin bıçaqla hücum törətməsi nəticəsində 19 nəfər ölüb. Bu, İkinci Dünya Müharibəsindən bəri Yaponiyada baş verən ən dəhşətli kütləvi qırğındır.

26 yaşlı Satoşi Uematsu obyektə səhər radələrində daxil olaraq insanları bıçaqlamağa başlayıb.

Tokyodan 50 kilometr uzaqlıqda yerləşən Sqamihara şəhərinin rəsmiləri deyir ki, 26 yaşlı Satoşi Uematsu obyektə səhər radələrində daxil olaraq insanları bıçaqlamağa başlayıb.

Hücum zamanı azı 20 nəfər yaralanıb.

Daha sonra Uetmasu polisə təslim olaraq, hücumu törətdiyini etiraf edib. Onun maşınında azı biri qana bulanmış bir neçə bıçaq aşkar olunub. Bəzi KİV-lər onun həmin müəssisədəki işindən çıxarılmasına qəzəbləndiyi barədə xəbər verir.

Yaponiyada silahla bağlı sərt qanunlar olduğu üçün qətllər adətən bıçaqla törədilir.
Yaponiyada silahla bağlı sərt qanunlar olduğu üçün qətllər adətən bıçaqla törədilir.

Kütləvi qırğınlar Yaponiyada çox nadir hallarda baş verir. Orada dünya boyu ən sərt silaha nəzarət qanunları tətbiq edildiyi üçün də, kütləvi qətllər əsasən bıçaqla törədilir.

2001-ci ildə Osaka şəhərində 8 uşaq məktəblərində bıçaqlanaraq öldürülmüşdü. 2008-ci ildə isə bir kişi izdihamın üzərinə maşın sürüb, daha sonra ətrafdakı insanları bıçaqlamışdı.

XS
SM
MD
LG