Minlərlə adam Tokyo küçələrinə axışaraq imperator Akihitoya 77-ci ad günü münasibətilə xoş diləklərini çatdırıblar. İmperator eyvana çıxaraq bayraq yelləyən izdihama təşəkkürünü bildirib. Qısa çıxışında o, iqtisadi çətinliklərdən narahat olduğunu bildirmiş və xalqa daha yaxşı il arzulamışdır.
ABŞ dövlət katibi Hillari Klinton da imperatoru təbrik etmiş və bütün yapon xalqına firavanlıq arzulamışdır.