Accessibility links

Yaponiya iqtisadiyyatı deflyasiya ilə üzləşir


Yaponiya iqtisadiyyatı deflyasiya ilə üzləşir
Yaponiya iqtisadiyyatı deflyasiya ilə üzləşir

Yaponiyada son dörd ayda ilk dəfə olaraq istehlakçı qiymətləri düşüb. İqtisadçılar bu hadisəni ölkədə cərəyan edən deflyasiya və xronik təlabat azlığı ilə izah edirlər.

Noyabrın göstəriciləri analitiklərin proqnozlarını xeyli ötüb. Güman edilir ki, Yaponiya Milli Bankı super-yumşaq pul siyasətini davam etdirəcək.

İqtisadçılar deflaysiyanı pul vahidi olan yenin güclü məzənnə kursu və Avropadakı maliyyə böhranı ilə əlaqələndirirlər. Bu iki faktor ölkədə istehlakçı təlabatını boğur. İnkişaf etməkdə olan bazarların Avropaya ixracı azaldıqca Yaponiyanın bu dövlətlərlə iqtisadi əməkdaşlığı yavaşıyır.

Martın 11-də baş vermiş sunamidən sonra Yaponiya iqtisadiyyatı 1.5 faiz templə artmışdı. Amma yenidənqurma səyləri məcrasına düşdükcə artımın azalacağı gözlənilir.

XS
SM
MD
LG