Accessibility links

Yaponiyada iqtisadi tənəzzül yaşanır


Dünyanın üçüncü ən güclü iqtisadiyyatı olan Yaponiyada iqtisadi tənəzzül yaşanır. Yeni məlumatlara əsasən iqtisadi artım iyul, avqust və sentyabr aylarında illik 1,6 faiz zəifləyib. Bu rəqəm ötən rübün rəqəmlərindən daha da yüksəkdir. Ardıcıl olaraq iki rüb davam edən mənfi iqtisadi artım “iqtisadi tənəzzül” adlandırılır.

Zəifləyən iqtisadiyyat artan vergilərin nəticəsidir, çünki artan vergi insanları və biznesləri xərclərini azaltmağa vadar edir.

Maliyyə mətbuatında yer alan xəbərlərdə bildirilir ki, zəifləyən iqtisadiyyat baş nazir Şinzo Abeni planlaşdırılmış yeni vergi artımını təxirə salmağa və erkən seçkilərə çağırmağa vadar edəcək.

Cənab Abe vəzifəyə gələndə zəifləyən iqtisadiyatı təkmilləşdirmək üçün ictimai xərcləri artırmağa və islahatlar həyata keçirəcəyinə söz vermişdi.

Zəifləyən iqtisadiyyat ekspertləri təəccübləndirib, çünki onlar Yaponiya iqtisadiyyatında artım gözləyirdilər. İqtisadi tənəzzül xəbərləri nəticəsində Tokyo və digər əsas bazarlarda aksiyalar zəifləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG