İctimai NHK tele-kanalının verdyi məlumata görə, Tokioda koronavirus hallarının artmasından sonra Yaponiya paytaxtının qubernatoru çərşənbə günü sakinlərdən həftə sonlarında vacib işləri olmadığı təqdirdə evdə qalmalarını istəyəcək.
Media şərşənbə günü Tokioda 40-dan çox yeni yoluxma halının qeydə alındığını və bunun bir gün ərzində çox böyük artım olduğunu bildirib.
Tokio qubernatoru Yuriko Koike axşam saatlarında müxbirlərlə görüşməlidir.
Bu həftə ölkənin başqa bölgələri ilə müqayisədə 211 yeni yoluxma halı Yaponiya paytaxtını koronavirus epidemiyasının mərkəzinə çevirib.
NHK tele kanalının bildirdiyinə görə, çərşənbə axşamı virusun ən çox yayıldığı yer şimalda Hokkaydo prefekturası olub.
Çərşənbə axşamı NHK Yaponiyada koronavirusa 1.271 nəfərin yoluxduğunu, 44 nəfərin öldüyünü bildirib. Keçən ay Tokio yaxınlığında yan alan bir kruiz gəmisindəki 712 yoluxma halı və 10 ölüm hadisəsi bu rəqəmlərə daxil deyil.
Çərşənbə axşamı Beynəlxalq Olimpiya Komitəsi və Yaponiya hökuməti 2020 Tokio Olimpiya Oyunlarının 2021-ci ildə keçirilməsi barədə razılığa gəlib.