Accessibility links

Yaponiya 3 prefekturasında fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib


Koronavirusa yoluxma hallarının sayı azaldığına görə, Yaponiya daha üç prefekturasında fövqəladə vəziyyəti ləğv etməyi planlaşdırır.

Ölkənin iqtisadiyyat naziri Yasutoşi Nişimura cümə axşamı Tokioda deyib ki, bir qrup ekspert qərb prefekturaları Kyoto, Osaka və Hyoqoda tətbiq edilən fövqəladə vəziyyətin aradan qaldırılması planı ilə razılaşıb.

Baş nazir Şinzo Abe yeddi prefekturadan üçündə, eləcə də Tokioda fövqəladə vəziyyəti keçən ay koronavirusun yayılmasının ölkənin səhiyyə sistemini alt-üst edəcəyindən qorxaraq elan etmişdi. Baş nazir sonradan bu fərmanı bütün ölkə boyu tətbiq etmişdi.

Tokio və digər dörd prefekturada, o cümlədən şimal Hokkaydo adasında fövqəladə vəziyyət davam edəcək.

COVID-19 2015-ci ildən bəri ilk dəfə Yaponiya iqtisadiyyatını tənəzzülə uğradıb.

Dünyanın ölkələri ilə müqayisədə Yaponiya koronavirusdan daha az təsirlənib. Ölkədə 700-dən çox ölüm olmaqla, 16 min yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG