Yaponiya rəsmiləri bildirir ki, çərşənbə axşamı ölkənin ən sürətli qatarında bir kişinin özünü yandırması nəticəsində onun özü və yanındakı digər sərnişin ölüb.
Dövlət telekanalı NHK bir qadıın və bir kişi sərnişinin dünyasını dəyişdiyini, vaqonun isə tüstü ilə dolduğunu xəbər verir.
1000-ə yaxın sərnişini olan qatar Şin-Yokohama stansiyasından Odavara stansiyasına gedirdi.
Xəsarət alanlar təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Bir neçə nəfər tüstüdən zəhərlənib.
Xəsarət alan şəxslərin dəqiq sayı hələlik təsdiq edilməyib.
Bəzi şəxslər xəstəxanaya aparılıb. Tokiodan Osakaya hərəkət edən qatar Odavara şəhərinin yaxınlığında üç saat relslərin üzərində dayanıb.
Hadisə ilə bağlı istintaq davam etdiyi müddətdə ərazidəki sürətli qatar xidmətinin fəaliyyəti müvəqqəti olaraq dayandırlıb.
Yaponiyanın super sürətli Şinkasen qatarları yüksək sürəti və təhlükəsizliyi ilə tanınır.