Accessibility links

Yaponiya mehmanxanasında koronavirus xəstələrini robot qarşılayır


Tokio şəhərinin bir neçə mehmanxanasında qalmaq üçün gələn yüngül simptomlu koronavirus xəstələri xoş bir sürprizlə qarşılaşır - lobbidə onları robot salamlayır.

Yaponiya koronavirusa yoluxmuş, lakin simptomları çox yüngül olan xəstələri təcridi üçün mehmanxanalardan istifadə edir. Paytaxt Tokioda cümə günü açılan belə bir mehmanxanada tibb bacılarının işini yüngülləşdirmək və onlara yardım etmək üçün xüsusi robotlar çalışır.

Otellərdən birində qonaqları "Pepper" adlı, böyük gözlü robot qarşılayır. Müvafiq olaraq o da qoruyucu maska taxıb.

"Zəhmət olmasa içəridə maska taxın. Ümid edirəm ki, mümkün qədər tez bir zamanda sağalacaqsığız" - deyir, o, hər yeni gələn xəstəyə.

Bundan sonra robot digər - "Xəstəliyin yayılmasının ən qısa müddətdə sona çatması üçün dua edirəm" və"Qəlblərimizi birləşdirib, buna yoldan birlikdə keçək" kimi mesajlar səsləndirir.

"Pepper" Tokionun Ryogoku rayonundakı oteldə çalışan yeganə robot deyil. Süni intellektli, ən son texnologoyalı digər robot isə oteldə xidmətçilik edir. O, otelin "qırmızı zona" adlanan təhlükəli əraziləri də daxil olmaqla, işçilərin girişi məhdud olan bəzi hissələrini təmizləyir.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, səhiyyə sisteminin işini yüngülləşdirmək məqsədilə Yaponiya yüngül simptomları olan koronavirus xəstələrini ölkə boyu 10 mindən çox mehmanxana otağı ilə təmin edib.

Cümə günü işə başlayan Ryoqoku otelinə təxminən 300 nəfər xəstə yerləşə bilər. Orada 2 tibb bacısı 24 saat ərzində isə bir həkim olacaq.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Yaponiyada koronavirusa 14 000-dən çox yoluxma halı qeydə alınıb. Cümə axşamı ölənlərin sayı 448 nəfər olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG