Accessibility links

Yaponiyada koronavirusdan 400 000-ə qədər insanın ölə biləcəyi barədə xəbərdarlıq edilib


Yaponiya çərşənbə günü vətəndaşlarını evdə qalmağa çağırıb, belə ki, mediada təcili tədbirlər görülmədiyi təqdirdə ölkədə koronavirusdan 400 minə qədər insanın ölə biləcəyi barədə xəbərdarlıq edilib və baş nazir Şinzo Abe vətəndaşlara daha çox nağd pul verilməsi üçün təzyiqlərə məruz qalıb.

Yalnız koronavirus simptomları olan insanları testdən keçirən Yaponiyada indiyə qədər 9000-dən çox yoluxma halı qeydə alınıb. Bu siyahıya 200-ə yaxın sərnişinin öldüyü kruiz gəmisindəki bir sərnişin də daxildir.

Səhiyyə Nazirliyinin açıqlanmayan proqnozuna istinadən Yaponiya mediasında yayılan xəbərlərdə tədbirlər alınmadığı təqdirdə ölənlərin sayının 400.000-ə çata biləcəyi bildirilib. Bundasn əlavə 850.000 insanın ventilyatora ehtiyacı ola biləcəyi təxmin edilir.

Yaponiyada son həftələr əsasən Tokioda olmaqla yoluxma hallarının sürətlə artdığı bildirilib. Hökumət Tokioda və Osaka da daxil olmaqla, insanların bir-birləri ilə əlaqələrini 70 faiz azaltmaq məqsədilə digər altı regionda fövqəladə vəziyyət elan etməyə məcbur olub.

Məcburi cəza və ya cərimə olmasa da, tələblərə insanların təcrid olması və müəssisələrin bağlanması daxildir. Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa insanları hökumətə yardım üçün əllərindən gələni etməyə çağırıb.

XS
SM
MD
LG