Accessibility links

Tokioda bir gündə koronavirusa 224 yoluxma halı qeydə alınıb


Tokioda son bir gündə koronavirusa 224 yoluxma halı qeydə alınıb. Aprelin ortalarında yoluxanların sayı bir gündə rekord həddə, 206 çatanda Yaponiyada fövqəladə vəziyyət elan edildi.

İşçi qrupunun iclasında Tokio şəhərinin meri Yuriko Koike yeni halların 82 faizinin 30 yaşdan aşağı insanlar və yeniyetmələr arasında olduğunu deyib. O, yoşuxma hallarının xeyli hissəsinın şəhərin gecə həyatı ilə bağlı olduğunu bildirib.

Qubernator yoluxmanın artması səbəbindən bağlanmaq məcburiyyətində qalan gecə müəssisəlırinı maddi dəstək verilməsinə çalışdığını və bütün şəhərə məhdudiyyətlər tətbiq edilməsinə üstünlük verdiyini deyib.

Koike yoluxmaların çox hissəsinin genişləndirilmiş testlərlə müəyyən edildiyini, aprel ayının ortalarında 900 testlə müqayisədə hazırda 3400 test keçirildiyini deyib. Lakin o bildiribki, Tokio sakinləri virusun ən həssas insanlara yayılmamasına çalışmalıdır.

Tokio `evdə qal` rejiminə qayıtmaq məcburiyyətində qalmamaq üçün testlərin sayını 6500-dən 10 minə qədər artırmağı planlaşdırır.

Mütəxəssislər Tokio xəstəxanalarında hazırlıq işlərini gücləndirməyi və koronavirus xəstələri üçün ayrılan çarpayıların sayını hazırkı 1000-dən 3000-ə çatdırmağı tövsiyə edib.

Hazırda Yaponiyada təxminən 1000 ölüm, 20 min yoluxma halı qeydə alınıb. Tokioda isə yoluxanların sayl 7 min 200-dən çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG