Accessibility links

Yaponiyanın böyük hissəsində fövqəladə vəziyyət ləğv edilib


Yaponiyanın baş naziri Şinzo Abe cümə axşamı ölkənin böyük hissəsində fövqəladə vəziyyətin ləğv edildiyini bildirib. Lakin o deyib ki, yeni koronavirus davam edənə qədər Tokioda fövqəladə vəziyyət davam edəcək.

Abe Yaponiyanın 47 prefekturasından 39-da fövqəladə vəziyyətin ləğv edildiyini, paytaxtda və ikinci böyük şəhər olan Osakada isə virusun qarşısının alınmasına və iqtisadi zərbəni yumşaltmağa çalışdığını deyib.

Baş nazir əlavə ikinci büdcə üzərində işə başlayacağını və iqtisadi stimullaşdırmanın bir hissəsi olaraq, lazım gələrsə korporativ maliyyələşdirmə problemlərini azaltmaq üçün hökumətin daha çox addımlar atacağını bildirib.

"Virusun ətrafımızda olduğu bilərək və onun yayılmasını nəzarətdə saxlayaraq, adi işimizi və gündəlik həyatımızı bərpa edəcəyik" - deyə, Abe mətbuat konfransında bildirib.

Dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik olan bu ölkə virusun yayılmasının qarşısını almaq, səhiyyə xidmətlərinə təzyiqləri azaltmaq üçün vətəndaşların təmaslarının 80% məhdudlaşdırması ilə fövqəladə vəziyyəti bir ay əvvəl elan etmişdi.

XS
SM
MD
LG