Güclü yağışlar Yaponiyanın şimal və mərkəzi bölgələrinə ciddi ziyan vurub. On minlərlə insan evakuasiya edilir.
Təbii fəlakətin ən ağır təsirinə Joso şəhəri məruz qalıb. Kinuqava çayı məcrasından çıxaraq, yaxınlıqdakı bölgələri viran edib.
Daşqınlar evləri, binaları dağıdıb. İnsanlar eyvanlarda və evlərin damında yardım gözləyir.
Hərbi təyyarələr xilas əməliyyatlarına cəlb edilib.
Televiziya ilə nümayiş etdirilən kadrlarda bir kişinin elektrik dirəyinə dırmaşdığı göstərilib. Daha sonra onu xilas etməyə nail olunub.
2 adamın itkin düşdüyü bildirilir.
Amerikanın Səsinin Tokiodakı müxbiri Stiv Hermanin bildirdiyinə görə, ölənlərin sayının çox olmamasına baxmayaraq təbii fəlakət ağır hesab edilir.