Accessibility links

Yaponiya televiziyası Şimali Koreya raketi ilə bağlı yanlış xəbərdarlıq yayıb


Yaponiya höküməti NHK adlı ictimai televiziyanı Şimali Koreyanın ölkə ərazisinə raket buraxması ilə bağlı yanlış həyəcan xəbərdarlığına görə tənqid edib.

Hökümət televiziya kanalını bu miqyasda xətaya bir də yol verməmələrinə tapşırıb.

Həyacan xəbərdarlığı yayılandan beş dəqiqə sonra televiziya kanalı düzəliş etdi. Xəbərdarlıq yayıldığı an ciddi təşvişin olduğu haqqında xəbər yoxdur.

Xəbərdarlıq yalnız NHK televiziya kanalının vebsəhifəsində yerləşdirilmiş və öncədən qeydiyyatdan keçmiş istifadəçilərə göndərilmişdi.

Bu artıq son bir neçə gün ərzində yayılan ikinci yanlış xəbərdarlıqdır. Şənbə günü eyni cür insident ABŞ-ın Havay ştatında kütləvi təşvişə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG