Accessibility links

Yaponiyanın əhalisi yaşlanır, işçi qüvvəsi azalır [Video]


Yaponiyanın əhalisi yaşlanır, işçi qüvvəsi azalır
please wait

No media source currently available

0:00 0:01:15 0:00

Yaponiyada əhali yaşlanır, işçi qüvvəsi azalır

Bu, ölkənin iqtisadi baxımdan inkişafına mane olur

Yaponiyanın böyük problemi yaşlanan əhalisi və iqtisadiyyatıdır.

1988-ci ildə dünyanın 10 böyük şirkətindən 8-i Yaponiyanın idi. Bu gün Yaponiya şirkətlərinin heç biri ilk 20-liyə daxil deyil. Yaponiya artıq dünyanın ən yaşlı cəmiyyətinə sahibdir. 2050-ci ildə isə əhalisisin 44 faizinin yaşı 60-dan çox olacaq. Yaponiyanın yaşlanan əhalisi və 2014-cü ildə 250 min insan təşkil edən azalan işçi qüvvəsi ölkənin iqtisadi baxımdan inkişafına mane olur, çünki daha çox insan ölkənin pensiya və səhiyyə proqramları sisteminə daxil olurlar. Yaponiyanın borcu isə ümümdaxili məhsulundan ikiqat artıqdır. Brookings İnstitutundan Berri Bosuors deyir ki, gələcəkdə Almaniya, ABŞ və hətta Çin kimi ölkələr bugünkü Yaponiya kimi olacaqlar.

“Bu iqtisadiyyatlarda insanlar keçmişdəkindən daha uzun zaman işləməli olacaqlar.”

Yaşlanmasına baxmayaraq səmərəliliyinə görə tanınan Yaponiya dünyanın ən böyük elektrotexnika sənayesi, üçüncü ən böyük avto sənayesi --- və dünyanın üçüncü ən böyük iqtisayiddatı ilə öyünə bilər. Yaponiyada cavan əhalidən faydalana bilməsə də, dünya iqtisadiyyatında böyük gücə sahibdir.

XS
SM
MD
LG