Accessibility links

Yaponiyada ağır qar səbəbilə yüzlərlə insan qatarda ilişib qalıb


Cümə axşamından cüməyə keçən gecə Yaponiyanın Yapon Dənizi sahilində yağan güclü yağış səbəbilə 430 nəfər qatarda ilişib qalıb.

JR East dəmir yolu şirkətinin Niiqata şöbəsinin sözçüsü Şiniçi Sekinin verdiyi məlumata görə, qatar cümə axşamı dayandırılıb və təxminən 15 saat sonra səhər saat 10-da yenidən hərəkətə başlayıb.

Seki bildirib ki, dörd vaqondan ibarət qatar Niiqata şəhərindən cümə axşamı 1 saat gecikmə ilə axşam saat 4:25-də yola çıxıb. Qar çoxaldıqca, təkərləri artıq düzgün dönə bilməyən qatar saat 7-də iki stansiya arasında dəmiryolu keçidində dayanıb.

Rəsmilər dərin qar və qaranlıq səbəbilə bütün sərnişinləri evakuasiya etməyin çox riskli olduğuna qərar verib. Qatarda elektrik və istilik işləyirdi. Özlərini yaxşı hiss etmədiklərini deyən beş sərnişin təxliyə edilib.

Ailələri gələn bəzi sərnişinlərə dəmiryolu işçilərinin yardımı ilə gün doğandan sonra qatarı tərk etməyə icazə verilib.

Cümə günü qatarlar gecikməyə və təxirə salınmaqda davam edib. Seki sərnişinlərə verilən böyük narahatlığa görə üzr istəyib.

XS
SM
MD
LG